24 iyul 2012 15:53
Sumqayıt Erciyesspora qarşı tam heyətlə oynaya bilməyəcək
"Sumqayıt" Futbol Klubu 2012/2013 mövsümü üçün Türkiyənin Nevşehir bölgəsində hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, bu axşam "Kayseri Erciyesspor"la yoxlama oyunu keçirəcək komanda səhər saatlarında "Avrasiya" otelinin meydançasında məşqə çıxıb.
Təxminən 15 dəqiqə koordinasiya üzrə çalışan "Sumqayıt" FK növbəti 1 saat ərzində standart vəziyyətlər üzərində işləyib. Qapıçı Elçin Sadıqov və yarımmüdafiəçi Taner Taktak dünənki məşqdə yüngül zədə aldığı üçün bu günki hazırlıq prossesində iştirak etməyib. Hər iki futbolçu "Kayseri Erciyesspor"la qarşılaşmada forma geyinə bilməyəcək.
Nəzərinizə çatdıraq ki, "Kayseri Erciyesspor"la yoxlama oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
