24 iyul 2012 16:41
Azərbaycan - Bəhreyn oyunu canlı yayımda
Məlum olduğu kimi, avqustun 15-də Bakıda futbol üzrə Azərbaycan və Bəhreyn milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, həmin qarşılaşma televiziya vasitəsilə canlı yayımlanacaq.
Belə ki, oyunu İdman Azərbaycan televiziya kanalında canlı izləmək mümkün olacaq. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Qeyd edək ki, Azərbaycan - Bəhreyn oyunu AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
