24 iyul 2012 17:08
Ruslan Əmircanov: İnterin mərhələ adlamaq şansı daha çoxdu, nəinki Xəzər Lənkəranın
“İnter”in müdafiəçisi Ruslan Əmircanov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstan “Asteras”ına qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, öncə bunları dilə gətirib:
- Komandada hər kəs “Asteras”la cavab matçının əhəmiyyətini başa düşür. Çünki bu oyunda Avroliqadakı gələcək taleyimizə aydınlıq gələcək. Biz yunanları Bakıda məğlub etməliydik. İndi bunu səfərdə həyata keçirmək məcburiyyətindəyik. “Asteras” biz düşündüyümüzdən də yaxşı oynadı. Onlar Bakıdakı oyunda həm də bizimlə duellərə nə dərəcədə yaxşı hazırlaşdıqlarını göstərdilər. Cavab matçında bizi yalnız qələbə qane edir. Necə oynayacağımız elə də önəm kəsb etmir. Əsas “İnter”in növbəti mərhələyə adlamasıdı.
- Rəqibin heyətində kimi xüsusi qeyd edə bilərsiz?
- Emmanuel Perrone. O, ilk oyunun ən yaxşılarından idi. Qapımız qarşısında az təhlükə yaratmadı. Fikrimcə, ilk növbədə onu diqqət mərkəzində saxlamaq lazımdı. Amma bir futbolçu barədə yox, ümumilikdə rəqib haqda düşünmək lazımdı. “Asteras” komanda oyunu sərgiləyir. Buna görə də biz onları cərimə meydançasına buraxmamağa çalışmalıyıq.

- İlk oyunda qələbə qazanmağınıza nə mane oldu?
- Etiraf edək ki, Yunanıstan çempionatı Azərbaycan Premyer Liqasından güclüdü. Amma “Asteras”ın superkomanda olduğunu demək olmaz. Bu komanda “İnter”i heç nə ilə üstələmir. Demək olar ki, bərabər komandalardı. Bəzi nüanslara görə biz hətta onları qabaqlayırıq. Həm də tarixdə yalnız nəticə qalır. İlk oyunda qələbə qazana bilməsək də, bunu Tripolisdə həyata keçirəcəyik.

- Sizcə, hər şeyə 90 dəqiqə ərzində aydınlıq gətirmək mümkün olacaq?
- Niyə də yox? “İnter” səfərdə daha yaxşı oynayır. Bizim rəqibdən heç bir qorxacağımız yoxdu. Yaxşı məşqçi ilə çalışırıq. “İnter”in baş məşqçisi “Asteras”ı necə məğlub etmək lazım olduğunu bizə deyəcək. Fikrimcə, biz növbəti mərhələyə vəsiqə qazanacağıq. Bunun üçün lazım olan potensialımız da var. Yəqin ki, yunanlar öz meydanlarında açıq futbol sərgiləyərlər.
- Oyun sonrası penaltilərə hazırlaşmısız?
- Biz məşqlərdə əsasən fiziki və taktiki hazırlıqlara diqqət yetiririk. Matça hələ qalır. Mümkündü ki, son günlərdə bunun üzərində də çalışaq. Amma biz mümkün qədər oyunun penaltilərə qədər uzanmasına imkan verməməliyik. Hər şeyi əsas vaxtda həll etmək olar. Biz məhz buna köklənmişik. “İnter” əvvəlki avrokuboklar mövsümündə Polşanın “Lech” klubunu azarkeşlərinin gözü qarşısına məğlub edə bilmişdisə, “Asteras”a da eyni aqibəti yaşada bilər.
- Yeri gəlmişkən, bu il “Lech” “Xəzər Lənkəran”la mübarizə aparır və ilk oyunda “ağ-yaşıllar” da sizin kimi 1:1 hesablı heç-heçəyə razılaşıb. Onların şansları barədə nə deyə bilərsiz?
- “Xəzər Lənkəran” yaxşı komandadı. Yəqin ki, “Lech”i necə məğlub etməyin yollarını baş məşqçiləri daha yaxşı bilir. Avrokuboklarda bütün azarkeşlərimiz klublarımıza dəstək olurlar. Çünki hər bir klub Azərbaycanı təmsil edir. “Xəzər Lənkəran” evdə pis oynamadı. İndi Poznanda da layiqli oyun sərgiləmək lazımdı.
- Sizcə, “İnter”in növbəti mərhələyə adlamaq şansları daha çoxdu, yoxsa “Xəzər Lənkəran”ın?
- Hər ikisi ilk oyunda heç-heçəyə razılaşsa da, hesab edirəm ki, “İnter”in şansları cənublulara nisbətən daha çoxdu. Bilirsiz ki, polşalılar həm klublarımız, həm də yığmamız üçün ən uğursuz rəqiblərdəndilər. Özü də “Lech” komandamızı yaxşı analiz edib. Ona görə də lənkəranlılara çətin olacaq. Lakin avrokuboklardakı bütün komandalarımıza uğurlar arzulayıram və ümid edirəm ki, hamısı mərhələ keçəcək.
- Növbəti mərhələyə adlayacağınız halda Portuqaliyanın “Maritimo” komandası ilə qarşılaşmalı olacaqsız...
- Bu barədə düşünmək hələ tezdi. Bizə indi “Asteras”ı məğlub etmək lazımdı. Yalnız ondan sonra üçüncü mərhələ haqda düşünə bilərik.