24 iyul 2012 18:23
Sadio Tounkara: Bizi çox çətin oyun gözləyir
“Xəzər Lənkəran”ın futbolçusu Sadio Tounkara UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Xəzər Lənkəran”ı çox çətin oyun gözləyir. “Lech” yaxşı komandadı. Biz ancaq rəqib komandaya qol vurmağa köklənməliyik”.
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.
