24 iyul 2012 18:33
Neftçi də mərhələ adlayacaq, XL-la İnter də
Azerisport.az növbəti sorğusuna yekun vurub. “Sizcə, avrokuboklardakı klublarımızın ikinci təsnifat mərhələsindəki aqibəti necə olacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Beləliklə, oxucularımızın böyük əksəriyyəti hər üç klubumuzun (“Neftçi”, “İnter” və “Xəzər Lənkəran”ın) mərhələ adlayacağına əmindilər. Onlar respondentlərin 38 faizini (415 səs) təşkil ediblər.
Sorğuya qatılanların 25 faizi (272 səs) “Neftçi” və “İnter” mərhələ adlayacağını, “Xəzər Lənkəran”ın isə mübarizəni dayandıracağını düşünür.
17 faiz respondent isə yalnız “Neftçi”nin mərhələ adlayacağını, “İnter”lə “Xəzər Lənkəran”ın isə qiət səyahətini başa vuracağı qənaətindədi.
