24 iyul 2012 19:22
Yunis Hüseynov: Lechi onun meydanında məğlub etmək olar
“Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- “Xəzər Lənkəran” Poznana nəzərdə tutulandan bir gün gec çatdı. Bu, sizin planlarınızı korlamadı?
- Bizdə təyyarə ilə bağlı problem var idi. Hər halda ötən gün Bakıda məşqə çıxdıq, yatdıq və gün səfərə çıxdıq.
- Üç gün öncədən gəlməklə hansı məqsədi güdürdünüz?
- Burdakı meydançaya daha yaxşı alışmaq üçün. İndi bunun üçün iki günümüz var. Çalışacağıq ki, yerli şəraitə daha yaxşı uyğunlaşaq.
- Oyuna necə hazırlaşacaqsız?
- Burda iki məşqə çıxacağıq. Birincisi bu gün saat 20:30-da olacaq (Polşa vaxtı ilə). İkincisi isə oyuna bir sutka qalmış. Amma əsas hazırlıq prosesi Bakıda start götürmüşdü. Psixoloji cəhətdən hər şey yaxşıdı. Qarşımızda güclü rəqib var. Amma “Lech”i onun meydanında məğlub etmək olar. Biz bütün gücümüzü meydanda qoymalıyıq. Yalnız belə olan halda polşalıları mübarizədən kənarlaşdıra bilərik.
- “Lech” barədə nələri qeyd edə bilərsiz?
- “Lech” Avropanın sabit klublarından biridi. Hər il avrokubokların qrup mərhələsinə vəsiqə uğrunda mübarizə aparır. Onlar komanda oyunu nümayiş etdirirlər. Amma yenə də deyirəm ki, polşalıları məğlub edə bilərik. Sadəcə, ehtiyatlı olmaq lazımdı. Heç nədən qollar buraxırıq. Düzdü, səhvlər də olur. Amma belə asan qollar buraxmağımızda bəxtsizlik də sözünü deyir. “Lech”in bizi hansısa cəhətdən üstələməsinə imkan verməməliyik.
- “Xəzər Lənkəran”ın ilk oyunda qələbə qazanmasına nə mane oldu?
- Oyun güclü yağış altında keçirilirdi. Bu, bizim üçün heç də arzuolunan deyildi. Amma polşalılar elə şəraitdə oynamağa alışıblar. “Lech”in qol vəziyyətini yada salın. Həmin epizoddan adi vaxtda 10 dəfə zərbə vursan, ola bilsin ki, bir dəfə qapıya düşmək olar. Lakin istənilən halda biz rəqib futbolçunun qapıya zərbə endirməsinə imkan verməməli idik.
- Oyun güclü yağış altında keçirilirdi. Bu, bizim üçün heç də arzuolunan deyildi. Amma polşalılar elə şəraitdə oynamağa alışıblar. “Lech”in qol vəziyyətini yada salın. Həmin epizoddan adi vaxtda 10 dəfə zərbə vursan, ola bilsin ki, bir dəfə qapıya düşmək olar. Lakin istənilən halda biz rəqib futbolçunun qapıya zərbə endirməsinə imkan verməməli idik.
- Bildiyimizə görə, hücumçu almaq istəyirsiz. Amma hazırda bu mövqedə çıxış edən Branimir Subaşiç demək olar ki, hər oyuna qol vurur. Komandanın hücum xəttinin çıxışını necə qiymətləndirərdiz?
- Mən komandamın bütün futbolçularına güvənirəm. Amma bizə yeni transferlər lazımdı. Özünüz də görürsünüz ki, Avropa Liqasına cəmi 19 futbolçu sifariş etmişik. Bu, azdı. Axı hər oyundan sonra diskvalifikasiya, zədə problemi ilə üzləşmək olar. Həm də futbolçulara istirahət vermək lazım gəlir. Hələ qarşıda Azərbaycan Premyer Liqasının oyunlarının olduğunu demirəm. Fikrimcə, bizə daha 4-5 futbolçu lazımdı. Sadəcə, oyunçu seçimində ehtiyatlı olmaq lazımdı. Hər legioneri transfer etmək olmaz.
- Subaşiçdən Poznanda da qol gözləyirsiz?
- Əlbəttə. Təkcə ondan yox, bütün futbolçularımızdan. Allah eləsin ki, biz bu mərhələni keçək. Hələ Avstriya toplanışı zamanı futbolçulara demişdim ki, biz estonları keçə bilsək, polşalılardan da güclü olacağıq. Bu hiss hələ də məndə var.
- “Lech” yəqin ki, ilk dəqiqələrdən pressinqə əl atacaq. Mümkün erkən qol komandamızı sındırmayacaq ki?
- Xeyr. Belə bir şey olmamalıdı. Həm də qol buraxırsansa, vurmalısan.
- Xeyr. Belə bir şey olmamalıdı. Həm də qol buraxırsansa, vurmalısan.
