24 iyul 2012 20:04
Qarabağda üç itki, bir vida
“Qarabağ”ın Türkiyə toplanışı davam edir. Azerisport.az xəbər verir ki, Ağdam klubu qardaş ölkədə heç də tam heyətlə hazırlaşa bilmir.
Belə ki, qapıçı Miro Varvodiç, eləcə də Vaqif Cavadov və Hacı Əhmədov zədəlidi. Bu üzdən onlar hətta bu gün keçiriləcək Türkiyənin “Göztepe” klubu ilə oyunu da buraxmalı olacaqlar.
Bu arada “Qarabağ”da baxışda olan legioner futbolçu ilə bağlı yekun qərar verilib. Baş məşqçi Qurban Qurbanovun Kris Mbondi ilə bağlı qərarı mənfi olub.
Bu arada “Qarabağ”da baxışda olan legioner futbolçu ilə bağlı yekun qərar verilib. Baş məşqçi Qurban Qurbanovun Kris Mbondi ilə bağlı qərarı mənfi olub.
Qurbanov kamerunlu hücumçunu “Tavşanlı Linyitspor” və AZAL-la yoxlama oyunlarında sınamışdı. Bu qarşılaşmalarda Krisdən razı qalmayan baş məşqçi onun geri göndərilməsinə qərar verib.
Qeyd edək ki, kamerunlu forvard “Qarabağ”a İsveçrənin “Sion” klubundan gəlmişdi. Kamerunun U-20 millisinin formasını geyinən Mbondi ötən il gənclər arasında baş tutan dünya çempionatında yığmanın şərəfini qoruyub.
