24 iyul 2012 21:14
Azərbaycanlı jurnalistlər Zestafoni – Neftçi matçına buraxılmır
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni” ilə “Neftçi” arasında keçiriləcək cavab matçını işıqlandırmaq üçün qonşu ölkəyə yollanan jurnalistlər Zestafonidə problemlə üzləşiblər. Azerisport.az xəbər verir ki, onlar oyunun keçiriləcəyi “David Abaşidze” stadionuna buraxılmırlar.
Belə ki, düz 28 qonaq jurnalist bu səbəbdən stadionun kənarında gözləmək məcburiyyətində qalıb. Təhlükəsizlik xidmətinin işçiləri onları arenaya buraxmasa da, bunun səbəbini açıqlamırlar.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə bir neçə dəqiqə sonra “David Abaşidze” adına stadionda keçiriləcək.
