24 iyul 2012 11:07

Tərlan Əhmədov: Zestafoni zəif komanda deyil

“Neftçi”nin məşqçisi Tərlan Əhmədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“İlk oyunda qazanılan 3:0 hesablı qələbə hər şey demək deyil. Düzdü, növbəti mərhələyə çıxmaq üçün yaxşı şans qazanmışıq. Ancaq bizi qarşıda daha bir oyun gözləyir”.
 
Tərlan Əhmədov komandasının səfər matçında da meydanda sonadək mübarizə aparmalı olduğunu bildirib: “Bu oyuna yaxşı hazırlaşmışıq. Düşünürəm ki, oyunun hər iki hissəsində rəqibə uduzmamalıyıq və 90 dəqiqə meydanda mübarizə aparmalıyıq. Tez-tez bizə növbəti rəqibiniz “Jilina”, yoxsa “Hapoel” olacaq?” sualı ilə müraciət edirlər. Ancaq biz hələ “Zestafoni” səddini keçməmişik. Bu oyundan sonra onlar haqda fikir yürütmək olar. Komandanın aparıcı futbolçusu Julius Vobaya gəldikdə isə o böyük potensiala malikdir. Lakin məncə, Vobay ilk oyunda bütün bacarığını ortaya qoya bilmədi”.
 
“Neftçi”nin məşqçisi “Zestafoni”nin zəif komanda olması haqda deyilən fikirlə razılaşmayıb: “Zestafoni”nin zəif komanda olması haqda ilk dəfə eşidirəm. Ancaq mən bu fikirlə razılaşmıram. Düşünürəm ki, bu gün Qafqazın iki güclü komandası üz-üzə gələcək. İnanıram ki, rəqib futbolçular da doğma meydanda xarakter nümayiş etdirməyə çalışacaqlar”.
 
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanıb. Cavab oyunu isə iyulun 24-də “David Abaşidze” adına stadionda keçiriləcək və saat 22:00-da başlayacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.