24 iyul 2012 11:26
Slavço Georgiyevski: Asterası keçməyimiz tamamilə mümkündü
“İnter”in yarımmüdafiəçisi Slavço Georgiyevski UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Bizə Bakıdakı matçı unutmaq lazımdı. Fikrimcə, bu rəqibə qalib gəlmək olar. Düzdü, o, elə də zəif deyil. Amma məğlubedilməz deyil. İkinci mərhələni keçmək tamamilə mümkündü”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
