24 iyul 2012 11:35

“Artıq komplektləşmiş bir komandayıq”

"Qəbələ"nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan dördüncü yoxlama oyunundan – Serbiya  təmsilçisi “BSK Borça” ilə (1:2) qarşılaşmadan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytına danışan türkiyəli mütəxəssis məğlubiyyətə baxmayaraq, komandada xeyli irəlililəyişin olduğunu bildirib:
 
“Çempionatın başlamasına qısa müddət qalıb. Biz də artıq hazırlıqlarımızı yekunlaşdırmaq üzrəyik. Buraya gəldiyimiz ilk günlə müqayisədə komandada xeyli irəliləyiş var. Təbii ki, bununla yanaşı səhvlərimiz də yox deyil. Xüsusilə də artıq qalib gəlməyə öyrəşməyimiz lazımdır. Qol vurduqdan sonra qələbəni qorumaq vacibdi.
 
Son iki matçda hesabda irəli çıxsaq da, üstünlüyümüzü sona kimi davam etdirə bilmədik. Amma komandanın potensialını nəzərə alsaq, bu aradan qaldırıla biləcək səhvlərdir. Son bir yoxlama oyunumuz qalıb. O qarşılaşmada bir daha komandanı gözdən keçirib çempionata start verəcəyik".
 
Baş məşqçi çempionatın açılış oyununda – “Simurq”la matçda forma geyəcək futbolçuların çox hissəsinin müəyyənləşdiyini bildirib:
 
“Artıq demək olar ki, 10 gün sonra “Simurq”la qarşılaşmada forma geyəcək futbolçuların çox hissəsi dəqiqləşib. Amma qarşıda hələ müəyyən vaxt kəsiyi var. Bu zaman ərzində tam heyəti formalaşdıracağıq. 11-likdən kənar qalacaq futbolçuların performansından da razıyam. Yəni onlar da istənilən vaxt meydançaya çıxmaq gücündədirlər.
 
Artıq komplektləşmiş bir komandayıq. Burada keçirdiyimiz heç bir oyunda bir 11-lik 90 dəqiqə mübarizə aparmayıb. Çoxlu əvəzetmələr etmişik ki, bu da komandanın balansını pozub və sözügedən hal nəticəyə təsir edib. Əslində yoxlama matçlarında çoxlu əvəzetmələr etməkdə məqsədimiz də məhz belə halları əvvəlcədən görüb onların həll yollarını tapmaq, səhvləri vaxtında aradan qaldırmaqdı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.