24 iyul 2012 11:44

Simurqun Avstriyadakı rəqibi dəyişdi

2012-2013-cü il mövsümünə hazırlıq çərçivəsində Avstriyada təlim-məşq toplanışında olan "Simurq" Peşəkar Futbol Klubu bu gün növbəti yoxlama görüşünə çıxacaq. Azerisport.az xəbər verir ki, 3-cü yoldaşlıq matçında bu komanda Bolqarıstanın "Lokomotiv” (Plovdiv) kollektivi ilə qarşılaşmalı idi.
 
Lakin təşkilatçılar tərəfindən rəqib dəyişilib. "Simurq" Türkiyə Super Liqasına yeni vəsiqə qazanmış "Akhisar Belediyespor"la yoxlama görüşü keçirdəcək. Yoldaşlıq qarşılaşması Bakı vaxtı ilə 20:00-da start götürəcək.
 
Xatırladaq ki, Georgi Çixradzenin yetirmələri Avstriyada hazırlıqları davam etdirir. Ötən gün də iki məşqə çıxan komandanın səhər idmanı qaçış və isinmə hərəkətləri ilə başlayıb. Daha sonra sarı-qaralar qısa ötümələr üzərində məşq edib. Bundan sonra iki yerə bölünən futbolçular, cəld hüçum qurma və qapıya zərbə endirmək tapşırığı üzərində işləyib. Axşam məşqidə yüngül qaçış və isinmə hərəkətləri ilə start götürüb. Daha sonra Çixradze yetirmələrini dar alanda hentbol oynamaq tapşırığını verib. Axşam idmanının sonunda komanda iki hissəyə bölünərək futbol oynayıb.
 
Qeyd edək ki, "Simurq"un məşqlərin klub rəhbərliyi də izləyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.