24 iyul 2012 00:03
Lech Xəzər Lənkəran ilə oyuna məğlubiyyətlə çıxacaq
Polşanın “Lech” klubu Avropa Liqasının ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la cavab oyunu öncəsi yoxlama matçı keçirib. Azerisport.az xəbər verir ki, Poznan təmsilçisinin rəqibi Kiprin “Olimpiakos” klubu olub.
Bu gün baş tutan qarşılaşma kiprlilərin qələbəsi ilə başa çatıb. Hesabı da elə 22-ci dəqiqədə “Olimpiakos” açıb. 56-cı dəqiqədə Bereşinski “Lech”i ümidləndirsə də, 62 və 79-cu dəqiqələrdə daha iki qol vuran Kipr təmsilçisi rəqibini məğlub edib – 3:1.
Qeyd edək ki, “Lech”lə “Xəzər Lənkəran” arasında iyulun 19-da Lənkəranda keçirilən görüş 1:1 hesabıyla başa çatmışdı. Bu komandalar arasındakı cavab görüşü iyulun 26-da Poznanda baş tutacaq.
