24 iyul 2012 12:19

Rauf Mehdiyev: Bu şansı əldən vermək fikrimiz yoxdu

“Neftçi”nin qapıçısı Rauf Mehdiyev UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Zestafonidə baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
- İlk oyundan sonra komanda yaxşı hazırlıq keçib. Zestafonidə bizə arxayınlaşmaq olmaz. Çıxıb öz futbolumuzu sərgiləməliyik. Bizə lazım olan nəticəni qazanmaq üçün başqa yolumuz yoxdu.

- Bakıdakı darmadağın komandanın cavab matçına yaxşı köklənməsinə problem yaratmayacaq ki?
- Əlbəttə, 3:0 müəyyən qədər bizə üstünlük qazandırıb. Amma biz başa düşürük ki, arxayınlaşmaq olmaz. Hər halda bu, olmayacaq. “Neftçi” səfərdə də qələbə qazanmalıdı. Baxmayaraq ki, bunun çətin olacağını bilirik.
 
- Rəqib haqda nə deyə bilərsiz?
- “Zestafoni” yaxşı komandadı. Bakıdakı görüşdə bu komanda heç də pis oyun sərgiləmədi. Onların oyuna necə başladığını siz də gördünüz. Çox təhlükəli idilər. Hətta bir epizodda qol da vura bilərdilər. Amma sonda biz öz istəyimizə çatdıq. Rəqibin müdafiəsi ideal deyildi. Əsas odu ki, biz lazım olan qolları vura bildik.
 
- “Neftçi” artıq avrokuboklarda bir neçə dəfə ilk oyunda qazandığı üstünlüyü cavab matçında əldən verib. Məsələn, Rumıniyanın “Valsui”, Avstriyanın “Read” klublarıyla görüşlərdə...
- Bəli, belə hallar olub. Amma biz eyni ssenarinin təkrarlanmasına yol verməyə hazırlaşmırıq. Üçüncü təsnifat mərhələsinə adlamağımız üçün əla şansımız var. Bu şansı əldən vermək fikrimiz yoxdu.
 
- Növbəti mərhələdə “Neftçi”yə Slovakiya “Jilina”sı və ya “Hapoel” (İroni Kiryat Şmona, İsrail) rəqib ola bilər. Sizcə, püşkün nəticəsini uğurlu saymaq olar?
- Razıyam. Bildiyim qədərilə bizə Şotlandiyanın “Celtic”, İsveçrənin “Basel” klubları da düşə bilərdi. Düzdü, Slovakiya və İsrail klublarının da zəif olduğunu demək olmaz. Bizim üçün ümumiyyətlə zəif rəqib yoxdu. Özünüz də gördünüz ki, hətta Lüksemburqun “Dudelange” klubu Avstriya təmsilçisi “Salzburg”u məğlub etdi. Lakin hələ növbəti mərhələdən danışmağa dəyməz. Çünki bizi indi “Zestafoni” ilə cavab oyunu gözləyir.
 
- Komandanızın şanslarını necə qiymətləndirərdiz?
- Əlbəttə, ilk oyunun nəticəsini nəzərə alsaq, “Neftçi”nin şansları daha çoxdu. Lakin dediyim kimi, buna görə sakitləşməməliyik. Düzünü deyim ki, ilk oyunda üç qol vuracağımızı gözləmirdim. Fikirləşirdim ki, uzağı 2:0, 3:1 hesabıyla qalib gələrik. İndi bu hesab bizi aldatmamalıdı. Bilirik ki, gürcülər öz meydanlarında çox güclü oyun sərgiləyirlər. Ona görə də hər şeyə hazır olmalıyıq.
 
- Yəqin ki, yenə qapınızın toxunulmaz qalması sizin üçün böyük əhəmiyyət daşıyır...
- (gülür) Şübhəsiz ki, mən yenə qapımdan qol buraxmamağı çox istəyirəm. Amma əsas bu yox, komandamın ümumi uğurudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.