25 iyul 2012 02:43

Sumqayıt Cihanın komandası ilə sülhə razılaşdı (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışda olan "Sumqayıt" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ilk yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bernard Raab yetirmələrini Türkiyə təmsilçisi ilə görüşdə sınayıb.
 
Belə ki, rəqib "Kayseri Erciyesspor" klubu idi. Bu komanda son mövsümdə TFF birinci liqada 18 komanda arasında 8-ci olub. Hansı ki, heyətində bu yay komandadan uzaqlaşdırılan Amit Quluzadə çıxış edirdi. Hazırda isə bu komandanın sıralarında millimizin hücumçusu Cihan Özkara yer almaqdadı.
 
Maraqlı idman mübarizəsi şəraitində keçən görüş 2:2 hesablı bərabərliklə yekunlaşıb. Oyunda ilk qolu "Kayseri Erciyesspor" vurub. Qarşılaşmanın 16-cı dəqiqəsində Ceyhun Sultanovun ötürməsindən sonra Pərdis Fərcad-Azad başla hesabı bərabərləşdirib. İkinci hissəyə də sürətli başlayan komandamız debütdəcə hesabda irəli çıxıb. Bu dəfə Ceyhun Sultanovun ötürməsini Uğur Pamuk lazımınca dəyərləndirib. İlk saatın tamamında "Kayseri Erciyesspor" daha bir dəfə fərqlənərək oyunun hesabını rəsmiləşdirib.
 
Qeyd edək ki, millimizin hücumçusu Cihan Özkara da bu qarşılaşmada forma geyinib.
 
"Sumqayıt" FK Türkiyədə daha iki yoxlama oyunu keçirəcək. İyulun 26-da "Kayserispor"la üz-üzə gələcək Bernard Raabın komandası iyulun 28-də "1461 Trabzon" klubunu sınağa çəkəcək.
 
Yoxlama oyunu
24 iyul
 
SUMQAYIT – KAYSERİ ERCİYESSPOR - 2:2 (1:1)
 
"Sumqayıt" oyuna bu heyətlə çıxıb: Səlahət Ağayev, Samir Abasov, Murad Doymuş, Slavik Alxasov, Məhəmməd Əli Atam, Orxan Əliyev, Murad Ağayev, Uğur Pamuk, Emin Cəfərquliyev, Ceyhun Sultanov, Pərdis Fərcad-Azad.
Oyuna sonradan daxil olanlar: Aftandil Hacıyev, Ramil Həşimzadə, Sabir Allahquliyev, Məhəmməd Mirzəbəyov, Aqşin Muxtaroğlu.
 
Oyun başladı
6-cı dəqiqədə türklər hesabı açırlar - 0:1
16-cı dəqiqədə Samir Abbasovun dəqiq zərbəsi ilə hesab bərabərləşir - 1:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47-ci dəqiqədə Uğur Pamuk “Sumqayıt”ı hesabda önə keçirir – 2:1
60-cı dəqiqədə Türkiyə klubu hesaba tarazlıq gətirir – 2:2
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.