25 iyul 2012 02:22
Simurq Super Liqa klubu ilə sülh bağladı (YENİLƏNİB)
Avstriyada təlim-məşq toplanışda olan "Simurq" hazırlıq prosesi çərçivəsində üçüncü yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Georgi Çixradze yetirmələrini Türkiyə təmsilçisi ilə görüşdə sınayıb.
Belə ki, rəqib "Akhiasr Belediyespor" klubu idi. Bu komanda son mövsümdə TFF birinci liqadan Super Liqaya yüksəlib. "Simurq" əslində Bolqarıstanın "Lokomotiv" (Plovdiv) klubu ilə qarşılaşmalı olsa da, təşkilatçılar son anda rəqibi dəyişdiriblər.
Qarşılaşma sülhlə başa çatıb. “Sarı-qaralar”ın yeganə qolunu matçın 85-ci dəqiqəsində Aleksandr Şemonayev vurub. Qeyd edək ki, "Simurq"un prezidenti Anar Bəkirov və vitse-prezidenti Aydın Rizayevdə matçı izləyənlər arasında olub.
Qeyd edək ki, “Simurq” Avstriyadakı ilk sınaq matçını Səudiyyə Ərəbistanı təmsilçisi “Al Ahli Jeddah” klubuna qarşı keçirmiş və 1:3 hesabıyla məğlub olmuşdu. Drezden “Dinamo”su (Almaniya) ilə qarşılaşma isə 0:2 hesablı yenilgiylə bitmişdi.
Komanda növbəti yoxlama görüşünü iyulun 27-də keçirəcək.
Yoxlama oyunu
24 iyul
SİMURQ – AKHİSAR BELEDİYESPOR – 1:1
