24 iyul 2012 21:48
Qarabağ Türkiyə klubu ilə sülh bağladı (YENİLƏNİB)
Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi yenə Türkiyə klubu olub.
Belə ki, ağdamlılar “Göztepe” ilə üz-üzə gəliblər. Qardaş ölkənin TFF birinci liqasında çıxış edən bu komanda son mövsümdə 18 klub arasında 13-cü olub. Lakin Ağdam təmsilçisi bu komanda ilə qolsuz sülhə razılaşmalı olub.
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın “Zobahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarına eyni hesablarla (1:0) qalib gəlmişdi. AZAL ilə görüşdə isə 0:4 hesablı darmadağınla üzləşmişdi.
Yoxlama oyunu
24 iyul
QARABAĞ – GÖZTEPE - 0:0 (0:0)
"Qarabağ"ın start heyəti: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Əfran İsmayılov, Riçard, Muarem Muarem.
Oyun başladı
"Qarabağ" meydana ağ, "Göztepe" sarı-qırmızı forma ilə çıxıb
4. İlk təhlükəli vəziyyət komandamızdan gəldi. Vüqarın zərbəsi qapı dirəyinə tuş gəlir
5. Künc zərbəsindən ötürməni Vüqar qapıya yönəldir. Top qapıdan azacıq aralı keçir
9. Ansiyə qarşı kobudluq - cərimə zərbəsini Rəşad yerinə yetirir
15. Mübarizə meydann mərkəzində gedir. Hər iki komanda təhlükəli vəziyyət yaratmağa çətinlik çəkir
18. Qaranın uzaq məsafədən zərbəsini qapıçı tutur
26. Vüqarın cərimə meydançası daxilində driblinqi sonda zərbə ilə yekunlaşsa da, zərbə təhlükəli olmadı
33. Əfranın ara ötürməsindən sonra Vüqar qapıçı ilə üzbəüz qalsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı
42. Əfran–Riçard paslaşması sonuncunun qeyri dəqiq zərbəsi ilə yadda qaldı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Riçardın yerinə Elnur Abdulov oyuna daxil oldu
55. İlk yarıda olduğu kimi, mübarizə yenə meydanın mərkəzində gedir
57. İnanılmaz qol şansı əldən verilir. Muarem qapıçıyla təkbətək çıxsa da, topu dirəyə vurdu, qayıdan topu Elnur boş qapıya göndərə bilmədi
62. Əfranın 2 reydi nəticə vermir
63. Fərhadın yerinə Osman, Əfranın yerinə Rauf meydana daxil olur
69. Vüqarın sol cinahdan asmasını tamamlayan olmur
75. Rauf cərimə meydançasına daxil olsa da, son anda müdafiəçilər topu ondan alırlar
82. Elnur Abdulov qapıçıyla təkbətək çıxsa da, şansından yararlana bilmir
Matç başa çatdı
