24 iyul 2012 21:20

AZAL - Rizespor matçı yarıda qaldı (YENİLƏNİB)

Növbəti mövsümə hazırlığı davam etdirən AZAL bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in bu dəfəki rəqibi Türkiyə klubu olub.
 
Belə ki, bakılılar “Çaykur Rizespor”la üz-üzə gəliblər. Qardaş ölkənin TFF birinci liqasında çıxış edən bu komanda son mövsümdə 18 klub arasında 3-cü olub. Qarşılaşma Boludakı “Koru” otelinin meydançasında baş tutub. Lakin oyun tam başa çatmayıb. Belə ki, ilk yarıda türklərin bir qol vurduğu qarşılaşmanın ikinci hissəsi başlamayıb. Amma matçın tam başa çatdırılmamasının səbəbləri hələlik dəqiq bilinmir.
 
Xatırladaq ki, AZAL qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində Türkiyə Super Liqasında çıxış edən “Antalyaspor”a 0:2 hesabıyla uduzmuş, “Mersin İdmanyurdu”na 2:1 qalib gəlmişdi. Ardından Səudiyyə Ərəbistanının “Najran” klubuna 1:0 qalib gələn “təyyarəçilər” yerli “Kartalspor”a divan tutmuşdu – 3:0. “Qarabağ”la dueldə isə 4:0 hesablı darmadağın qeydə alınmışdı.
 
Yoxlama oyunu
24 iyul
 
AZAL - ÇAYKUR RİZESPOR - 0:1 (matç başa çatmayıb)
 
Oyun başladı
27-ci dəqiqədə Türkiyə klubu hesabı açır - 0:1
Birinci hissə başa çatdı
İkinci hissə başladı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.