25 iyul 2012 12:48
Georgi Lomaya: Əminəm ki, qollar olacaq
“İnter”in qapıçısı Georgi Lomaya UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Cavab oyunu öncəsi əhvalınız necədi?
- Əla! Yunanıstana problemsiz gəldik, hər şey normaldı. Adi qaydada hazırlaşırıq. Qələbə qazanmaq üçün böyük istək var. Biz hər şeyə Bakıda aydınlıq gətirməyə borclu idik. Amma həmin matç 1:1 hesabıyla başa çatdı. “Asteras”la səfərdə oynamaq daha çətin olacaq. Çünki sıradan rəqib deyil. Çoxları onları qiymətləndirmir. Mən isə hesab edirəm ki, yunanları məğlub etmək üçün maksimum güc sərf etməliyik.

- Oyunsonrası penaltilər istisna deyil...
- Futbolda heç nəyi istisna etmək olmur. Biz artıq bir dəfə avrokuboklarda penaltilərə müraciət etmişik. Polşa “Lech”i ilə səfərdəki həmin oyun zamanı bəxt rəqibimizin üzünə güldü. Əgər “Asteras”la da oyunda belə bir vəziyyət yaransa, biz buna hazırıq. Amma hər şeyə əsas vaxtda aydınlıq gətirmək daha yaxşı olardı.
- “İnter”in şanslarını necə qiymətləndirirsiz?
- Şanslar bərabərdi. Amma Yunanıstan çempionatı Avropanın ən güclü birinciliklərindəndi. Orda oynamaq çox çətindi. Onların yaxşı futbolçuları var. Rəqibin həm müsbət, həm də mənfi tərəflərini gözəl bilirik. Çalışacağıq ki, bundan yararlanaq.

- “İnter”ə qalib gəlmək üçün nə lazımdı?
- Bizə erkən qol lazımdı. O bizə çox kömək edərdi. Belə olan halda “Asteras” hücuma atılacaq, risk etməli olacaq. Amma biz üstünlüyü rəqibə verməməliyik. Rəqib futbolçular topla davranmağı yaxşı bacarırlar.

- İlk oyunda rəqibin heyətində daha çox diqqətinizi çəkən kim oldu?
- Hücumçuları – Perrone. O, topla əla davranır, meydanı çox yaxşı görür. Amma hesab edirəm ki, komandamızın müdafiəçiləri onu dayandıra biləcəklər. Hücumçularımız da öz işlərini görməlidilər. “Asteras” zəif komanda deyil. Amma biz daha güclüyük.

- “İnter”in səfərdə daha yaxşı oynadığı deyilir. Bununla razısız?
- Bilirsiz, meydana çoxlu azarkeşin toplanması bizə mane olmur. Əksinə, bu, mənim üçün əlavə stimuldu. İstənilən halda bizim geriyə yolumuz yoxdu. Bakıda səhvlərə yol verdik və qələbəsiz qaldıq. İndi ancaq qələbə qazanmaq lazımdı.

- Və ya 2:2 hesablı heç-heçəyə nail olmaq lazımdı...
- Əgər hesabı biz açsaq, hər şey istədiyimiz kimi gedəcək. Artıq 2:2, 3:3, 4:4 – bunun fərqi yoxdu. Əsas odu ki, 0:0 olmasın və məğlub olmayaq. Özü də mən əminəm ki, qollar olacaq.