25 iyul 2012 12:56
David Muciri: Neftçiyə azarkeşlik edəcəyəm
Gürcüstan çempionu “Zestafoni”nin futbolçusu David Muciri UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçından sonra maraqlı fikir səsləndirib. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutan həlledici qarşılaşmadan sonra Azərbaycan çempionuna azarkeşlik edəcəyini açıqlayıb:
“Düzünü deyim ki, mən İsrail “Hapoel”i ilə oyunlarda “Neftçi”yə azarkeşlik edəcəyəm. Komandanızda yaxşı futbolçular cəmləşib. Fikrimcə, onlar İsrail klubunu da mübarizədən kənarlaşdıracaq gücdədilər”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu isə 2:2 hesabıyla başa çatdı.
