25 iyul 2012 13:38
Sumqayıt Almaniyadan daha bir futbolçu gətirdi (FOTO)
“Sumqayıt” heyətinə daha bir futbolçu qatıb. Azerisport.az xəbər verir ki, Premyer Liqa klubu Almaniyadan türk əsilli futbolçu transfer edib.
Bu, 27 yaşlı Murat Doymuşdu. Mərkəz müdafiəçisi dünən “Erciyəsspor”la matçda meydançaya çıxıb və xoş təsir bağışlayıb. Məşhur “Transfermarkt” saytı 125 min avro qiymət qoydubu futbolçunu “Sumqayıt”ın üzvü kimi təqdim edib. Doymuşun bağlı olduğu “Universal Sportmanagement GmbH” menecerlik şirkəti də xəbəri təsdiqləyib. Muratın son klubu Almaniyanın Regional Liqasında çıxış edən “Berlin Ak 07” olub.
“Sumqayıt” bu yay “Sivasspor”dan (Türkiyə) Məhəmməd Əli Atamı, “Berliner 07”dən (Almaniya) Pərdis Fərcad-Azadı, “Patro Eisden” (Belçika) Taner Taktakı, “Anji”dən (Rusiya) Məhəmməd Mirzəbəyovu, həmçinin “Turan”dan Aftandil Hacıyevi, “Simurq”dan Emin Cəfərquliyevi, “Kəpəz”dən Sabir Allahquliyevlə Ceyhun Sultanovu, “İnter”dən Səlahət Ağayevlə Anar Məhərrəmovu və “Neftçi”dən Elçin Sadıqovu heyətinə qatıb.
