25 iyul 2012 14:02
Rail Məlikov: Hapoel ilə ilk oyunun səfərdə keçirilməsi bizim üçün üstünlükdü
“Neftçi”nin kapitanı Rail Məlikov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində qarşılaşacaqları İsrail çempionu “Hapoel” (İroni Kiryat Şmona) ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“İsrail təmsilçisi güclü komandadı. Amma hesab edirəm ki, ilk oyunu səfərdə keçirməyimiz bizim üçün əlavə bir üstünlükdü. Sadəcə, qalır bu şansdan maksimum yararlanmaq. Əgər orda yaxşı nəticəyə nail olsaq, o zaman Bakıda nəyəsə ümid edə bilərik”.
Qeyd edək ki, bu komandaların birinci oyunu İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Cavab qarşılaşması isə avqustun 7-də Bakıda, “Dalğa Arena”da keçiriləcək.
