25 iyul 2012 14:12
"Asterasa səfərdə də qol vurmaq istəyirəm"
“İnter”in hücumçusu Tales Şütz müsahibəsində UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Yunanıstanın “Asteras” (1:1) komandasıyla keçirilən ilk oyun barədə danışıb, cavab matçı haqqında fikirlərini bölüşüb, digər suallara cavab verib. Azerisport.az həmin müsahibəni təqdim edir.
- "Asteras"a qarşı baş tutmuş birinci qarşılaşma 1:1 hesabıyla başa çatdı və artıq sabah komandalar arasında cavab görüşü keçiriləcək. Sizcə, "İnter" növbəti mərhələyə vəsiqə qazana biləcəkmi?
- İlk görüş artıq arxada qalıb və biz Bakıda keçirilimiş qarşılaşmanın nəticəsini unudub cavab oyununa hazırlaşırıq. "Asteras" çox yaxşı təşkil olunmuş komandadı və biz onlara hörmət edirik. Rəqib həqiqətən də çox güclüdü. Amma hədəfimiz dəyişilməz olaraq qalır, biz qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə etmək istəyirik. Yunanıstana qələbə ardınca gəlmişik.
- İlk matçda fərqlənməyi bacarmısız. Necə düşünürsüz - cavab qarşılaşmasında da "Asteras"ın qapısına yenə yol tapmaq mümkün olacaqmı?
- Hücumçunun əsas vəzifəsi qol vurmaqdı. Birinci matçda mən bunu bacardım və buna görə çox sevinirəm. Təbii ki, cavab qarşılaşmasında da qol vurub komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.
- Yunanıstan klubunda kifayət qədər səviyəli və təcrübəli futbolçular var. Sizcə, sabahki matçda bu oyunçulardan hansısı "İnter" üçün daha təhlükəli ola bilər?
- Rəqibin həyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Yunanıstan klubunun heyətində oynayan bütün futbolçular yaxşı keyfiyyətləri malikdilər. Bu komandanın heyətində çıxış edən hər bir oyunçuya qarşı diqqətlə oynamalıyıq.
- Yeri gəlmişkən, Yunanıstan azarkeşləri hər zaman komandalarını fəal şəkildə dəstəkliyirlər. Sizcə, Tripolis stadionundaki atmosfer "İnter"ə necə təsir göstərəcək?
- Stadiondaki atmosfer bizi qorxutmur. Əksinə daha da stimullaşdırır və motivasiyanı artırır. Biz öz futbolumuzu ortaya qoyub növbəti mərhələyə vəsiqə əldə etməliyik. (klub saytı)
