25 iyul 2012 14:21
“Neftçini Brugge ilə müqayisə etmək olmaz”
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiabraşvili UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçından sonra Azərbaycan klubu ilə ötən mövsüm onları avrokuboklardan kənarlaşdırmış Belçika “Brugge”sini müqayisə edib. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutan həlledici qarşılaşmadan sonra bunları dilə gətirib:
“Ötən mövsüm bizi mübarizədən kənarlaşdıran “Brugge” ilə indiki “Neftçi”ni müqayisə etmək olmaz. Çünki “Brugge” titullu komanda hesab olunur”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu isə 2:2 hesabıyla başa çatdı.
