25 iyul 2012 00:54
Georgi Çiabraşvili: İstefaya getmək fikrim yoxdu
Gürcüstan çempionu “Zestafoni”nin baş məşqçisi Georgi Çiabraşvili UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Zestafonidə baş tutan həlledici qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mənim səbəblərdən danışmaq fikrim yoxdu. Hər halda fakt ondan ibarətdi ki, biz uduzduq. İstefa verməyə hazırlaşmıram. Biz güclü komandaya uduzduq”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu isə 2:2 hesablı heç-heçə ilə başa çatdı.
