25 iyul 2012 02:35
AZAL Latviya millisinin üzvü ilə müqavilə imzaladı
AZAL daha bir transfer həyata keçirib. Azerisport.az xəbər verir ki, Türkiyədə hazırlıq keçən paytaxt klubu latviyalı yarımmüdafiəçi Oskar Klyavanı heyətinə qatıb.
Qeyd edək ki, bu futbolçu Vüqar Əsgərovun çıxış etdiyi Latviyanın “Metallurq” klubundan gəlib. O, son mövsümü məhz Liepaya klubunda keçirib.
Klyava 2002-2010-cu illərdə “Metallurg”da çıxış edib – 189 oyun, 7 qol. 2010-cu ildə Rusiyanın “Anji” klubuna transfer olunan futbolçu Mahaçqala klubunda 11 oyun keçirə bilib. 2011-ci ildə “Ximki”yə icarəyə verilən Oskar bu komandada 11 oyuna çıxıb.
2005-ci ildən Latviya yığmasına çağırılan futbolçu 53 dəfə millinin formasını geyinib və 1 qola imza atıb. 28 yaşlı futbolçu yığmanın son oyununa dəvət alan futbolçular arasında olub. Klyava əvvəllər Latviya U-21-də də oynayıb.
