25 iyul 2012 01:26
Asteras - İnter matçının afişası (FOTO)
Məlum olduğu kimi, sabah Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “İnter” Yunanıstanda bu ölkənin “Asteras” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, Tripolis şəhərində sözügedən oyuna maraq heç də az deyil.
Belə ki, “Asteras” rəhbərliyi şəhərin müxtəlif yanlarına “İnter”lə oyunun afişalarını yayıb. Yunan klubu azarkeşlərini komandaya dəstək olmağa çağırıb.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
