25 iyul 2012 14:57
Sakis Tsiolis: İnterin itiriləsi heç nəyi yoxdu
Yunanıstanın “Asteras” klubunun baş məşqçisi Sakis Tsiolis UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı “İnter”inə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, Tripolisdə baş tutacaq qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Azərbaycan komandasının artıq itiriləsi heç nəyi yoxdu. Buna görə də Tripolisdə onlar yəqin ki, ilk dəqiqələrdən hücuma atılacaqlar. Bu üzdən futbolçularımıza görüşə maksimum konsentrasiya olmaq və intizamlı oyun sərgiləmək lazımdı. Rəqibi yalnız bu halda dayandırmaq və uğur qazanmaq olar”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Tripolisdəki “Asteras Tripolis” stadionunda keçiriləcək və saat 22:00-da başlayacaq.
