25 iyul 2012 15:14
“Azərbaycan mənə heç də yad ölkə deyil”
"Sumqayıt"ın yeni transferi - "Berliner AK"da forma geyinən Azərbaycan əsilli Murad Doymuş komandamıza keçidi ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, 1985-ci il təvəllüdlü mərkəz müdafiəçisi klubun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
"Hələ ötən mövsümdən "Sumqayıt" Futbol Klubu mənim xidmətimdə maraqlı idi. Bu ölkə mənə heç də yad deyil. Xeyli müddət idi hər iki klub arasında danışıqlar davam edirdi. "Berliner AK"da kapitan olduğum üçün bu klub məni buraxmaq istəmirdi. Lakin sonda razılıq əldə olundu və mən "Sumqayıt"la müqavilə imzaladım".
