25 iyul 2012 15:23

Rail Məlikov: Qarşımızda tarixi şans var

“Neftçi”nin müdafiəçisi Rail Məlikov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirdikləri cavab matçından (2:2) sonra azerisport.az saytının suallarını cavablandırıb.
 
- Cavab oyunu necə təsir bağışladı?
- İlk oyunda böyük hesabla qələbə qazansaq da, bilirdik ki, rəqib əlini yana salmayacaq və sona qədər şansından yararlanmağa çalışacaq. Bu, vizi cavab matçına daha ciddi yanaşmağa və arxayınlaşmamağa məcbur edirdi.
 
- Amma matçın əvvəlində buraxdığınız iki qol bunun əksini göstərdi...
- Təbii ki, “Zestafoni” ev oyununda müdafiədə oturası deyildi. Biz belə başlanğıcı öncədən də gözləyirdik. Yəni hər şeyə hazır idik. Sadəcə, onların həmin hücumları çox uğurlu alındı və iki qol vura bildilər. Həmin qollar gürcüləri çox ümidləndirdi.
 
- Bəs sonra nə oldu?
- Səviyyə fərqi sözünü dedi. Mən hətta hesab 0:2 olanda da uğurumuza şübhə etmirdim. Biz “Zestafoni”dən güclüyük. Bunu hələ Bakıdakı ilk oyunda sübut etmişdik. Elə cavab oyununda da yaxşı təsir bağışladıq.
 
- Növbəti rəqib İsrail çempionu “Hapeol”di (İroni Kiryat Şmona). Bu komanda ilə ilk oyunun səfərdə keçirilməsini nə dərəcədə uğurlu saymaq olar?
- İlk oyunun səfərdə keçirilməsi çox yaxşıdı. Biz Bakıya yaxşı nəticə ilə qayıda bilərik. Əminəm ki, Bakıda istənilən rəqibi məğlub edəcək gücdəyik.
 
(Söhbətimizin bu yerində “Zestafoni”nin yarımmüdafiəçisi Davud Muciri bizə yaxınlaşır və Raili təbrik edərək bunları deyir: “Siz “Hapoel”i də keçə bilərsiz. Sizə inanıram. “Neftçi”yə azarkeşlik edəcəm. Sizə uğurlar”!)
 
- Hiss edirsiz ki, tarixi uğurun astanasındasınız?
- Qarşımızda həqiqətən tarixi bir şans var. Komandamızın qarşısında İsrail klubunu keçmək hədəfi qoyulub.
 
- Son dövrlərdə sizi çox tənqid edənlərə nə deyə bilərsiz?
- Futbol şou-biznes deyil. Mən həmin şoumenlərə baş qoşmaq istəmirəm. Yaxşısı budu, başımızı aşağı salıb, oyunumuzu oynayaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.