25 iyul 2012 03:11
“Premyer Liqanın startına qədər tam hazır vəziyyətə gələcəyimizə inanıram”
"Sumqayıt" Futbol Klubunun baş məşqçisi Bernard Raab Türkiyənin “Kayseri Erciyesspor” klubuna qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis klubun rəsmi saytına açıqlamasında 2:2 hesabıyla başa çatan görüşü belə şərh edib:
"Komandamın oyunundan razı qaldım. Hücum xətti ilə yanaşı, yarımmüdafiə və müdafiə xətti də olduqca inamlı təsir bağışladı. İlk hissədə Uğur Pamuk, Məhəmməd Əli Atam, Ceyhun Sultanov və Orxan Əliyev əla oyun nümayiş etdirdi. Sabir Allahquliyev və Məhəmməd Mirzəbəyov da oyuna olduqca aktiv daxil oldular. Bəzi çatışmamazlıqlarımız var. Amma Premyer Liqanın startına qədər tam hazır vəziyyətə gələcəyimizə inanıram".
