25 iyul 2012 15:36
Gürcüstan sərhədçiləri Neftçinin avtobusunu Azərbaycana buraxmırlar
Azərbaycan çempionu “Neftçi”nin avtobusu Gürcüstan – Azərbaycan sərhəddindən ölkəmizə buraxılmır. Azerisport.az xəbər verir ki, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi keçirilən “Zestafoni” – “Neftçi” matçını işıqlandırmaq üçün qonşu ölkəyə yollanmış azərbaycanlı jurnalistləri gətirməli olan paytaxt klubunun avtobusu sərhəddə saxlanılıb.
Gürcülərin belə problem yaratmasının konkret səbəbləri hələ ki, məlum deyil. Maraq üçün bildirək ki, gürcülər ötən gün azərbaycanlı jurnalistlərin “David Abaşidze” stadionuna girməsinə də oxşar problemlər yaratmışdılar.
Qeyd edək ki, komandamızın üzvləri Azərbaycana çarter reysi ilə qayıdıblar.
