25 iyul 2012 15:44
FIFA nümayəndələri mərkəzi arenaya baxış keçirdilər
FIFA nümayəndələri Oliver Voqt və Stefan Uistuba Bakıda səfərdədirlər. Azerisport.az zəbər verir ki, səfər proqramı çərçivəsində FIFA nümayəndələri Tofiq Bəhramov adına Respublika stadionuna və AFFA tərəfindən 8-ci km qəsəbəsində inşa olunan stadiona gedib, görülən işlərlə və infrastrukturun vəziyyəti ilə tanış olublar.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov Oliver Voqt və Stefan Uistuba görüşüb və görüş zamanı çempionatın açılış oyunu ilə bağlı səmərəli müzakirələr aparılıb.
Xatırladaq ki, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 sentyabrın 22-dən oktyabrın 13-dək olan müddəti əhatə edəcək və turnirdə Azərbaycan yığması ilk oyununu sentyabrın 22-də, saat 20:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Kolumbiya yığmasına qarşı keçirəcək.
