25 iyul 2012 03:24

Xəzər Lənkəranın polşalı yeni üzvü: Lech üçün çətin olacaq

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Polşa “Lech”i ilə cavab matçına hazırlaşan “Xəzər Lənkəran”ın bu ölkədəki ilk məşqində yeni simaya da rast gəlmək olardı. Azerisport.az xəbər verir ki, bu, komandaya baxışa dəvət olunan polşalı legioner Lukaş Madeydi.
 
30 yaşlı futbolçu artıq “ağ-yaşıllar”la məşqlərə də başlayıb. Qeyd edək ki, bu futbolçu peşəkar karyerasına 1996-cı ildə “Lodz”da başlayıb və 2000-ci ilə qədər bu komandada cəmi 18 oyun (2 qol) keçirib. 2001–2002 mövsümündə isə “Ruch”un şərəfini qoruyub (25 oyun, 1 qol). 2002-2004-cü illər aralığında o, transfer olmaq istədiyi “Xəzər Lənkəran”ın hazırkı rəqibi – “Lech”də çıxış edib (63 oyun, 6 qol). 2005-ci ildə “Gornik”ə keçən Madey 17 oyuna 1 qol vurub. 2006-cı ildə yenidən “Lodz”a qayıdan yarımmüdafiəçi 2008-ci ilə qədər bu komandada 57 oyuna 11 qolla yadda qalıb. 2008-2009 mövsümündə onu Portuqaliyanın “Academica” klubu alıb. Amma burdakı karyerası çox uğursuz alınıb (cəmi 6 oyun).
 
“Ağ-yaşıllar”ın maraqlandığı futbolçu 2009-cu ildən etibarən isə “Slask”da çıxış edir. Hansı ki, son mövsümdə bu komanda ilə Polşa çempionu adını qazanıb. O, bu komandada 60 oyun keçirib, 7 qol vurub. Madey Polşa millisində də üç oyuna çıxıb.
 
Məşq zamanı o, azerisport.az saytının müxbiri ilə söhbətləşməyə də imkan tapıb, Bakı və Lənkəranla maraqlanıb, həmçinin suallarımızı cavablandırıb. O, “Lech”in qapıçısı Kriştof Kotorovski ilə yaxından tanış olduğunu deyir: “Lech”də iki il keçirmişəm. Uzun müddətdi Kotorovski ilə dostam. Son mövsümü isə “Slask”da keçirmişəm. Amma “Xəzər Lənkəran” variantı ortaya çıxdı. Burda yaxşı futbolçular cəmləşib. Baxaq, görək burda möhkəmlənə biləcəyəmmi”.
 
Madey “Xəzər Lənkəran”ın “Lech”lə oyunda şanslarından da danışıb: “Poznanlıları məğlub etmək asan olmayacaq. Amma onlar üçün də çətin olacaq. “Xəzər Lənkəran” öz gücünü ilk oyundaca göstərib. Fikrimcə, şanslar az da olsa var. Qələbə qazanmaq olar. Əgər komandanız öz qapısını 70 dəqiqə toxunulmaz saxlasa, “Lech”in problemləri olacaq. Buna görə də qol vurmaq lazımdı”.
 
Lakin Yunis Hüseynov ilk məşqdə Madeyi o qədər də bəyənməyib. “Ağ-yaşıllar”ın çalışdırıcısı hər ehtimala qarşı ona daha bir şans vermək istəyir: “Mümkündü ki, axşam məşqində onu bir daha sınayaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.