25 iyul 2012 03:43
Lech – XL matçına 17 min bilet satılıb
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək Polşanın "Lech" klubu ilə "Xəzər Lənkəran" arasındakı cavab matçına bilet satışı davam edir. Azerisport.az xəbər verir ki, oyuna iki gün qalmasına baxmayaraq, artıq 17 mindən çox bilet satılıb.
Matç saatına qədər bütün biletlərin satılacağı gözlənilir. Ümumiyyətlə Polşada "Lech" - "Xəzər Lənkəran" matçına maraq olduqca böyükdü.
Qeyd edək ki, "Lech" - "Xəzər Lənkəran" matçı iyulun 26-da, Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Komandalar arasında Lənkəranda keçirilən ilk oyun 1:1 hesabıyla başa çatıb.
