25 iyul 2012 16:17
Anar Salmanov Avropa Liqasında daha bir təyinat aldı
Azərbaycanın futbol hakimləri briqadası UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunlarına təyinat alıblar. Azerisoprt.az xəbər verir ki, UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Hannover" (Almaniya) - "Şiroki Briyeg" (Bosniya və Herseqovina) / "Sent Patriks" (İrlandiya) cütünün qalibi arasında avqustun 9-da keçiriləcək qarşılaşmanı Anar Salmanovun rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.
Baş hakimin köməkçiləri Yaşar Abbasov, Mübariz Haşımov, dördüncü hakim isə Əliyar Ağayev olacaq.
Baş hakim: Anar Salmanov
Baş hakimin köməkçiləri: Yaşar Abbasov, Mübariz Haşımov
Dördüncü hakim: Əliyar Ağayev
