25 iyul 2012 16:26

Neftçinin növbəti rəqibini daha yaxından tanıyaq

Ötən gün “Neftçi”nin UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibi müəyyənləşdi. Azerisport.az xəbər verir ki, Gürcüstan çempionatının son qalibi “Zestafoni”ni sıradan çıxaran (3:0, 2:2) Azərbaycan çempionu növbəti mərhələdə İsrailin “Hapoel” (İroni Kiryat Şmona) klubu ilə qarşılaşacaq.
 
İsrail çempionu ikinci təsnifat mərhələsində Slovakiyanın “Jilina” klubundan üstün olub. İlk oyunda 0:1 hesabıyla uduzmasına rəğmən, doğma meydanda qazanılan 2:0 hesablı qələbə ümumi zəfər üçün yetərli olub.
 
İroni Kiryat klubu 2000-ci ildə yaradılıb. Kiryat-Şmonanı təmsil edən komandalar – “Hapoel” və “Maccabi” 2000-ci ilə qədər İsrail çempionatının aşağı dəstələrində oynayıb. Həmin il “İturan” şirkətinin sahibi, iş adamı İzzi Şeratski hər iki komandanı satın alıb və onları birləşdirib. “Hapoel” 2006-07-ci il mövsümündə İsrail çempionatının yüksək liqasına vəsiqə qazanmağı bacarıb. 2008-09-cu il mövsümündə Kiryat-Şmona təmsilçisi yüksək liqada yerini itirib, növbəti – 2009-10-cu il mövsümündə isə yenidən elitaya qayıdıb.
 
“Hapeol” bundan əvvəl cəmi bir dəfə avrokuboklarda iştirak edib. 2008-2009 mövsümündə UEFA Kubokunda çıxış edən komanda birinci təsnifat mərhələsində Çernoqoriyanın “Mogren” klubunu mübarizədən kənarlaşdırsa da (1:1, 3:0), ardınca Bolqarıstanın “Litex” klubuna yenilib (0:0, 1:2).
 
“Neftçi”nin rəqibi tarixi ərzində cəmi bir dəfə ölkə çempionu olub. Komanda başa çatan mövsümdə Təl-Əviv “Hapoel”ini 14 xal geridə qoyaraq çempionluğu bayram edib.
 
İsrailin son çempionunun heyətində 3 legioner forma geyinir. Bunlar makedoniyalı Darko Tasevski, amerikalı Brayan Qerziciç və serb Duşan Matoviçdi.
 
“Hapeol” ev oyunlarını Kiryat Şmonadakı 5300 azarkeş tutumlu “Municipal” stadionuda keçirir. Lakin həmin stadion UEFA-nın tələblərinə cavab vermədiyi üçün, komanda avrokuboklardakı rəqiblərini başqa şəhərdə - Hayfada qəbul edir.
 
Komandanın baş məşqçisi Gili Landaudu. Bu ildən komandaya başçılıq edən 54 yaşlı israilli mütəxəssis əvvəllər İsrailin müxtəlif klublarında çalışıb.
 
Qeyd edək ki, bu komandaların birinci oyunu İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq. Matç yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə saat 21:30-da) başlayacaq.
 
Cavab qarşılaşması isə avqustun 7-də Bakıda, “Dalğa Arena”da keçiriləcək. Böyük ehtimalla həmin görüş saat 21:00-da start götürəcək. Amma hələlik bu barədə rəsmi açıqlama verilməyib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.