25 iyul 2012 16:42
Azərbaycan - Bəhreyn matçı 20 manata
Xəbər verdiyimiz kimi, avqustun 15-də Bakıda futbol üzrə Azərbaycan və Bəhreyn yığmaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, sözügedən oyunun biletləri sabah - iyulun 26-dan etibarən satışa çıxarılacaq.
Biletləri Park Bulvar Alış-Veriş Mərkəzində və Metro Park Ticarət və Əyləncə Mərkəzində fəaliyyət göstərəcək satış nöqtələrində əldə etmək ümkün olacaq. Qiymətlər isə 1-20 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan - Bəhreyn oyunu avqustun 15-də AFFA Futbol Mərkəzindəki "Dalğa Arena"da keçiriləcək və saat 21:00-da start götürəcək.
"Dalğa Arena"nın kassalarında biletlər oyun günü satılacaq.
Biletlərin qiyməti aşağıdakı kimidir:
VIP - 20 AZN
1-ci kateqoriya - 5 AZN
2-ci kateqoriya - 3 AZN
3-cü kateqoriya - 1 AZN
