25 iyul 2012 17:14
Maritimo rəsmiləri Asteras – İnter matçında
Məlum olduğu kimi, Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşan Azərbaycanın “İnter” və Yunanıstanın “Asteras” klubları arasındakı duelin qalibini növbəti mərhələdə Portuqaliya “Maritimo”su gözləyir. Azerisport.az xəbər verir ki, Portuqaliya klubunun nümayəndələri sabah keçiriləcək “Asteras” - “İnter” matçını canlı izləyəcəklər.
Qeyd edək ki, “Maritimo” mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlayacaq. Bu komandanın potensial rəqibləri – “İnter”lə “Asteras”ın Bakıdakı qarşılaşması isə 1:1 hesabıyla başa çatıb. Cavab görüşü sabah saat 22:00-da Tripolisdəki “Asteras Tripolis” arenasında keçiriləcək.
