25 iyul 2012 17:05
İnterin Asterasla oyunu canlı yayımlanacaq
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində “İnter”lə Yunanıstanın “Asteras” klubu arasında keçiriləcək cavab oyunu canlı yayımlanacaq. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbol azarkeşləri Tripolis şəhərində keçiriləcək görüşü "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı izləyə biləcəklər.
Məlumatı "İdman Azərbaycan" kanalı rəsmi saytı vasitəsilə yayıb. Ölkəmizin digər təmsilçisi "Xəzər Lənkəran"ın Polşa "Lech"i ilə oyununun yayımı isə böyük ehtimalla baş tutmayacaq.
Qeyd edək ki, "Asteras" - "İnter" oyunu sabah – iyulun 26-da “Asteras Tripolis” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.
