25 iyul 2012 17:43

Radomir Todorov: Lech səddini keçməyi çox istəyirik

“Xəzər Lənkəran”ın müdafiəçisi Radomir Todorov UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Polşanın “Lech” klubuna qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, Poznanda baş tutacaq qarşılaşma ilə bağlı öncə bunları dilə gətirib:
 
“Digər oyunçularımız kimi, mən də özümü yaxşı hiss edirəm. Fikrimcə, oyuna hazıram. Oyuna çıxacağımız anı gözləyirəm. İlk oyundan sonra “Lech”in müəyyən üstünlüyü var. Amma bu, elə də çox deyil”.
 
Todorov Polşa təmsilçisinin güclü azarkeş dəstəyinə malik olmasına dair sualımızı belə cavablandırdı: “Əlbəttə, doğma azarkeşlərin gözü qarşısında oynamaq tam fərqlidi. “Lech”in azarkeşləri stadionda əla atmosfer yaradırlar. Dolu tribunalar qarşısında mübarizə aparmaq çox xoş olur. Xüsusilə də meydan sahibləri üçün. Amma oyun zamanı “Lech”in azarkeşləri barədə düşünməyəcəyik. Şəxsən mənə onların heç bir təsiri olmayacaq. Sakit olacağam”.
 
Todorov dörd il öncə “Lech”ə uduzduqları oyunu da yada salıb: “Həmin oyunda meydanda olanlardan biri də mən idim. O oyundakı atmosferi yaxşı xatırlayıram. Baxmayaraq ki, stadionda yenidənqurma işləri aparılırdı, tribunalar tam dolmuşdu”.
 
“Xəzər Lənkəran”ın müdafiəçisi indiki durumlarını vaxtilə Xorvatiya “Dinamo”suna (Zaqreb) rəqib olduqları dövrlər müqayisə edib. Xatırladaq ki, həmin vaxt “ağ-yaşıllar” xorvatlarla da evdə 1:1 hesablı sülhə razılaşmışdılar: “Siuasiya oxşardı. Pis oynamadıq, qol vurduq. Amma sonunu gətirə bilmədik. Elə “Lech”lə əvvəlki səfər matçını da qeyd etmək olar. Revanş səs-küylü sözdü. Amma təbii ki, biz “Lech” səddini keçməyi çox istəyirik. Fikrimcə, bütün Azərbaycan bu komandanı keçməyimizi gözləyir. Çünki “Xəzər Lənkəran” da daxil olmaqla hələ heç bir klubumuz bunu bacarmayıb”.
 
Bolqar futbolçu həmçinin növbəti mərhələdəki potensial rəqibləri barədə də danışıb: “İslandiya təmsilçisi (Hafnarfyordur) ilə oynamağımızı istərdim. Ona görə yox ki, onlar İsveç klubundan (AİK) zəifdilər. Sadəcə, “Hafnarfyordur”un dişimizə görə rəqib olduğunu düşünürəm. Lakin hələ buna nail olmaq üçün “Lech”i yolumuzdan kənarlaşdırmalıyıq”.
 
Qeyd edək ki, bu komandalar arasında Lənkəranda keçirilən ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı. Cavab oyunu isə iyulun 26-da Poznandakı “Mieyski” stadionunda keçiriləcək və saat 23:00-da başlayacaq.

 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.