25 iyul 2012 18:00
Azərbaycan klubu 500 min avroluq braziliyalı aldı (FOTO)
Bolqarıstan mətbuatı maraqlı məlumat yayıb. Azerisport.az xəbər verir ki, bolqar həmkarlarımız bu ölkənin “Chernomorets” (Burqas) klubunda çıxış edən Lorival Asisin karyerasını Azərbaycanda davam etdirəcəyini iddia edirlər.
Belə ki, artıq Türkiyədə hazırlıq keçən klublarımızdan biri onu heyətinə qatıb. Hətta həmin klubun Asisə görə 500 000 avro ödədiyini də yazırlar. Lakin təəssüf ki, klubun adı açıqlanmır.
Qeyd edək ki, Asis ampluaca sol cinah vingeridi. 1984-cü ildə anadan olan futbolçu peşəkar karyerasına yerli “İraty” klubunda başlayıb. Lakin təəssüf ki, onun bu komandada 2004-2008-ci illər aralığında neçə oyun keçirdiyi bəlli deyil. 2009-cu ildə Asis İsveçin “Kalmar” klubuna keçib. Burda 7 oyun keçirən yarımmüdafiəçi elə həmin il yenidən Braziliyaya qayıdıb və “Avai” klubunda 6 oyuna çıxıb. 2010-cu ildə Asis Braziliyanın “America RN” komandasında çıxış edib – 5 oyun. 2011-ci ildə isə onu “Botafogo” klubu heyətinə qatıb. Bu komandada 12 qarşılaşmaya çıxan Asis elə həmin ildən Bolqarıstana transfer olunub. O, “Chernomorets”də 25 oyun keçirib, 10 qol vurub.
