25 iyul 2012 18:34
Hapoel - Neftçi matçının baş hakiminin adı açıqlandı
UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində İsrail çempionu "Hapoel" (İroni Kiryat Şmona) ilə “Neftçi” arasında baş tutacaq ilk matçın baş hakimi açıqlanıb. Azerisport.az xəbər verir ki, bu qarşılaşmanı irlandiyalı hakimlər briqadası idarə edəcəklər.
İsrailin Hayfa şəhərindəki “Kiryat-Eliazer” stadionunda baş tutacaq görüşü irlandiyalı referi Alan Kelli idarə edəcək. Hələlik ona bu oyunda kimlərin kömək edəcəyi məlum deyil.
Qeyd edək ki, "Hapoel" - "Neftçi" oyunu avqustun 1-də keçiriləcək və Bakı vaxtı ilə saart 21:30-da başlayacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda baş tutacaq.
