25 iyul 2012 21:24
Qəbələnin Sloveniyadakı son rəqibi müəyyənləşdi
Sloveniyada təlim-məşq prosesini sona çatdırmaq üzrə olan “Qəbələ”nin yoxlama görüşləri çərçivəsində qarşılaşacağı beşinci - sonuncu rəqibin adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandamız iyulun 26-da Bakı vaxtı ilə 20:30-da Türkiyə təmsilçisi “Mersin İdman Yurdu” ilə üz-üzə gələcək.
Türkiyənin Mersin şəhərini təmsil edən klubun əsası 1925-ci ildə qoyulub. Komanda Türkiyə Superliqasında mübarizə aparır.
Qeyd edək ki, bu oyunda bir gün sonra isə “Qəbələ” vətənə dönəcək.
