26 iyul 2012 21:18

Qarabağ Türkiyə klubuna qalib gəldi (YENİLƏNİB)

Növbəti mövsümə hazırlığı davam etdirən "Qarabağ" bu gün Türkiyə toplanışı çərçivəsində növbəti sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, ağdamlıların bu dəfəki rəqibi yenə Türkiyə klubu olub.
 
Belə ki, ağdamlılar “Boluspor” ilə üz-üzə gəliblər. Qardaş ölkənin TFF birinci liqasında çıxış edən bu komanda son mövsümdə 18 klub arasında 7-cü olub. Ağdam klubu isə bu komanda ilə görüşdə son dəqiqələrdə vurduğu qolla qələbə qazanıb.
 
Xatırladaq ki, “Qarabağ” Türkiyədəki hazırlıq prosesi çərçivəsində İranın “Zobahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarına eyni hesablarla (1:0) qalib gəlmişdi. AZAL ilə görüşdə isə 0:4 hesablı darmadağınla üzləşmişdi. Türkiyənin “Göztepe” klubu ilə görüşdə isə hesab açılmamışdı – 0:0.
 
Yoxlama oyunu
26 iyul
 
QARABAĞ – BOLUSPOR - 1:0 (0:0)
 
"Qarabağ"ın start heyəti: Miro, Kamil, Zaur, Eltun, İlqar, Emin M, Toğrul, Emin İ, Bəxtiyar, Demir, Rauf.
 
Oyun başladı
4. İlk qol imkanı. Demirin ara ötürməsindən sonra Bəxtiyar qapıçı ilə təkbətək qalsa da, qapıçı dueldən qalib ayrıldı
11. "Boluspor"un cavabı özünü gözlətmədi. Yandan asmanı rəqib hücumçu baş zərbəsi ilə uzaq küncə göndərdi. Qapçı Miro mükəmməl reaksiya ilə topu tuta bildi
20. Cərimə meydançası yaxınlığında Raufa qarşı kobudluq. Təhlükəli ola bilər
21. İlqar Qurbanovun zərbəsi canlı səddən döndü
22. Toğrul qapıçı ilə təkbətək çıxsa da, zərbəsi dəqiq olmadı
31. Raufun ötürməsindən sonra Emin yandan cərimə meydançasına daxil olsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı
34. Dəmirin ötürməsindən sonra Emin zərbə vursa da, dəqiq olmadı
39. Raufa qarşı kobud oyun. İlqar Qurbanovun zərbəsini qapıçı çətinliklə qaytara bilir
43. Təhlükəli hücum zananı Emin Mustafayevin zərbəsi yandan keçir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. Fasilədən sonra "Qarabağ"ın qapısını Fərhad Vəliyev qoruyur
54. Komandalar hücum qurmaqda çətinlik çəkirlər
55. Yaxın dəqiqələrdə meydanda olan gəncləri komandamızın daha təcrübəli futbolçularının əvəzləyəcəyi gözlənilir. Onlar hal-hazırda menydanın kənarında isinmə hərəkəti edirlər
61. Rəşad Sadıqov, Admir Teli, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Əfran İsmayılov, Vüqar Nadirov, Elnur Abdulov, Tural İsgəndərov, Riçard Almeyda oyuna daxil olurlar
64. Oyunda üstünlük tamamilə komandamızın tərəfinə keçib. Cinahlar çox fəaldırlar
66. Sağ cinahdan Əfranın cərimə meydançası daxilinə ideal ötürməsindən sonra Elnur topa qeyri-dəqiq zərbə ilə yadda qaldı
68. Mükəmməl hücum: Tək toxunuşlu 4 ötürmə ilə Əfran qapıçı ilə üzbəüz qaldı. Zərbəni qapıçı tuta bildi
74. Elnur Abdulov oyundankənar vəziyyətə düşür
81. Əfranın 2 oyunçunu arxada qoyaraq vurduğu zərbəsini qapıçı tutur
83. Ansinin ötürməsindən sonra Riçard hesabı açır - 1:0
88. Əfranın təhlükəli ötürməsini müdafiəçi az qala öz qapısından keçirəcəkdi, qapıçı son anda təhlükənin qarşısını ala bildi
89. Riçardın cərimə zərbəsi təhlükəli alındı
Oyun başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.