27 iyul 2012 01:06
Sumqayıt Kayserispora 6 cavabsız qol vurdu (YENİLƏNİB)
Türkiyədə təlim-məşq toplanışda olan "Sumqayıt" qardaş ölkədəki hazırlıq prosesi çərçivəsində bu gün ikinci yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Bernard Raab yetirmələrini Türkiyə təmsilçisi ilə görüşdə sınayıb.
Belə ki, rəqib "Kayserispor" klubunun ikinci komandası idi. Super Liqada çıxış edən bu klub son mövsümdə 18 komanda arasında 11-ci olub.
Türkiyə təmsilçisindən üstün oyun nümayiş etdirən Bernhard Raabın komandası 6:0 hesabı ilə qələbə qazanıb. Qeyd edək ki, rəqibin heyətində "Kayserispor"un əsas komandasının 3 üzvü də iştirak edib. Sabir Allahquliyev və Ruslan Qurbanovun dubl etdiyi görüşdə Slavik Alxasov və Pərdis Fərcad-Azad hərəyə bir dəfə fərqlənib.
Xatırladaq ki, "Sumqayıt" Türkiyədəki ilk sınaq matçını yerli “Kayseri Erciyesspor”a qarşı keçirmişdi – 2:2. Bernard Raabın komandası iyulun 28-də isə "1461 Trabzon" klubunu sınağa çəkəcək.
Yoxlama oyunu
26 iyul
SUMQAYIT – KAYSERİSPOR – 6:0
