27 iyul 2012 00:50

Xəzər Lənkəran Lechlə bu dəfə də bacarmadı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “Xəzər Lənkəran”ın da taleyinə aydınlıq gəlib.
 
Komandamızın rəqibi Polşa çempionatının aparıcı klublarından olan “Lech” idi. İlk mərhələdə Estoniya “Nomme Kalju”sunu (2:2, 2:0) mübarizədən kənarlaşdırmaqla tarix yazan “ağ-yaşıllar” bu uğurun davamını gətirmək arzusundaydılar. Yunis Hüseynovun yetirmələri ilk dəfə ardıcıl iki mərhələ keçib, daha bir tarix yazmaq şansına malik idilər. Lənkəran təmsilçisi bunun üçün Poznanda meydan sahiblərini mütləq məğlub etməliydi. Eyni zamanda 2:2 və ya daha böyükhesablı heç-heçələr də təmsilçimizi növbəti mərhələyə çıxaracaqdı. Yalnız bu halda “Xəzər Lənkəran” vaxtilə UEFA Kubokunda uduzduğu (0:1, 1:4) bu komandadan həm özünün, həm də digər klublarımızın (“Karvan” və “İnter”in) qisasını almış olacaqdı.
 
Amma çox təəssüf ki, "Xəzər Lənkəran" bu vəzifənin öhdəsindən gələ bilməyib. İlk yarıda vurulan 1 qol Polşa təmsilçisini növbəti mərhələyə çıxarıb.
 
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə AİK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün güclüsü ilə qarşılaşmalı olacaq.
 
Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
26 iyul

LECH - XƏZƏR LƏNKƏRAN - 1:0 (ilk oyun - 1:1)
Qol: Tonev, 15 (1:0)
Baş hakim: Stanislav Todorov (Bolqarıstan).
Poznan. “Meyski” stadionu.

LECH: 1. Yasmin Buriç, 5. Manuel Arboleda, 6. Lukaş Tralka, 14. Voyo Ubiparip, 16. Rafal Muravski (k), 18. Bartoş Slusarski, 20. Hubert Volonkeviç, 24. Aleksandr Tonev, 25. Luis Enrikes, 32. Mateuş Mojdjen, 35. Marçin Kaminski.
Ehtiyat oyunçular: 27. Kriştof Kotorovski, 3. İvan Dyurdyeviç, 4. Tomaş Kedziora, 7. Yakub Vilk, 8. Yatsek Kelb, 11. Gerge Lovrençiç, 28. Bartoş Bereşinski.
XƏZƏR LƏNKƏRAN: 1. Kamran Ağayev, 5. Elnur Allahverdiyev, 6. Roberto Alviz, 7. Sadio Tounkara, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 14. Rahid Əmirquliyev (k), 15. Ruslan Abışov, 16. Adrian Pit, 21. Radomir Todorov, 27. Manuel Skarlatake.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 4. Akif Tağıyev, 10. Elnur Abdullayev, 11. Rendal Brenes, 18. Alim Qurbanov, 42. Kamran Abdullayev, 81. Rikardo Qomes.
 
Oyun başladı
1. Tonevin zərbəsini müdafiəçilərimiz qarşılayırlar
3. Müdafiəçilərimiz Slusarskini ofsayda "salırlar"
5. Komandamızın ilk korneri: bəhrəsizdi
6. Subaşiçin çox təhlükəli zərbəsi qapıdan aralı keçir
9. Abışovun zərbəsi qapıdan aralı keçir
10. Tounkara da oxşar zərbə ilə yadda qalır
11. Pitin çox təhlükəli zərbəsini qapıçı kornerə çıxarır
11. Komandamız daha bir korneri boşa verir
14. "Lech" fəallığı artırır
15. Meydan sahibləri korner qazanırlar: Tonev dəqiq zərbə ilə hesabı açır - 1:0
19. Mojdjenin zərbəsi müdafiəçilərdən dönür
20. Pitin zərbəsini Buriç dəf edir
23. Rahidin zərbəsi rəqib futbolçudan dönür
27. Abışovun qapıya dəqiq zərbə endirmək istəyi alınmır
28. Alviz qeyri-dəqiq zərbə ilə yadda qalır
29. "Lech"in korner vuruşu çox təhlükəli alınır. Tralka az qala ikinci qolu vuracaqdı
31. Subaşiçin zərbəsi dəqiq olmur
32. Alviz daha bir qeyri-dəqiq zərbə ilə yadda qalır
35. Mojdjen qapıya qeyri-dəqiq zərbə endirir
36. "Lech" daha bir korner yerinə yetirir
38. Muravskinin zərbəsi futbolçularımızdan dönür
40. Alviz istədiyi kimi zərbə vura bilmir
43. Rahid sarı vərəqə ilə cəzalanır
45+1. Mojdjenin zərbəsinin qarşısı alınır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
49. Alvizin zərbəsi qapıdan aralı keçir
50. Yunis Hüseynov yetirmələrinin uzaqdan zərbələr vurmasından narazıdı
52. "Lech"in cinahları çox fəaldı
54. Əmirquliyevin zərbəsini qapıçı dəf edir
55. Arboleda sarı vərəqə alır
56. Pitin cərimə zərbəsi canlı səddən qayıdır. Təkrar zərbə dəqiq olmur
57. Yenə Pit qapını yoxlayır: müdafiədən qayıdır
60. "Xəzər Lənkəran"a qol vurmaq üçün hücumda daha fəal olmaq lazımdı. Subaşiç təkbaşına bacarmır
60. Tonevin zərbəsini Kamran kornerə çıxarır
61. Polşalıların korneri zamanı futbolçularımız diqqətli oynayırlar
62. Ubiparip sarı vərəqə ilə cəzalanır
63. Ubiparipin əvəzində meydana Lovrençiç daxir olur
64. Pitin zərbəsi müdafiəçilərdən kornerə çıxır
64. Korneri uğursuz yerinə yetiririk
64. Tounkaranın əvəzində meydana Brenes çıxır
69. XL daha bir korneri boşa verir
71. Bonfim də sarı vərəqə alan futbolçulara qoşulur
74. Tralka sarı vərəqə alır
76. "Lech" az qala növbəti qolu vuracaqdı. Son anda Lovrençiç hədəfə düşə bilmir
77. E.Allahverdiyev də sarı vərəqəsiz ötüşmür
78. "Lech"dən daha bir korner: Lovrençiçin zərbəsini Kamran qaytarır
79. Yenə Lovrençiç, yenə Ağayev!
80. "Lech" daha bir korner yerinə yetirir
80. XL-da Todorovu R.Qomeş əvəzləyir
84. Qomeşin zərbəsi dəqiq olmur
84. Buriç sarı vərəqə alır
85. Brenesin zərbəsi kornerlə nəticələnsə də, bundan bəhrələnə bilmirik
85. Pit sarı vərəqə alır
87. Slusarskini Bereşinski əvəzləyir
88. Lovrençiçin zərbəsini Kamran dəf edir
89. "Lech" korner vurur: Muravski hədəfə düşə bilmir
89. Brenesin zərbəsini Buriç dəf edir
90. XL növbəti korneri 2 boşa verir
90+1. Rahid ikinci sarı - qırmızı vərəqə ilə meydandan qovulur
90+2. Tralka Dyurdyeviçlə əvəzlənir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.