27 iyul 2012 00:44

İnter penaltilərlə məğlub olub, mübarizəni dayandırdı (YENİLƏNİB)

Bu gün Avropa Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən “İnter”in də taleyinə aydınlıq gəlib.
 
Komandamızın rəqibi Yunanıstan çempionatının ortabablarından olan “Asteras” klubu idi. İlk mərhələdə Estoniya “Trans”ını ümumilikdə 7 cavabsız qolla (5:0, 2:0) keçən “bankirlər” bu uğurun davamını gətirmək arzusundaydılar. Kaxaber Tsxadadzenin yetirmələri ilk dəfə ardıcıl iki mərhələ keçib, tarix yazmaq şansına malik idi. Paytaxt təmsilçisi bu şansdan maksimum yararlanmaq üçün Tripolis klubunu səfərdə mütləq məğlub etməliydi. Eyni zamanda 2:2 və ya daha böyük hesablı heç-heçələr də komandamızı növbəti mərhələyə çıxaracaqdı.
 
Lakin "İnter"in gücü yalnız səfərdə eyni nəticəni təkrarlamağa çatlıb. Belədə, komandalar əlavə vaxt oynamalı olublar. Həmin vaxt ərzində də qol vurulmayınca, penaltilərə müraciət olundu ki, bu seriyada yunanlar daha şanslı çıxıblar. Beləcə, "bankirlər" mübarizəni dayandırmaq məcburiyyətində qalıblar.
 
Qeyd edək ki, bu cütün qalibi növbəti mərhələdə Portuqaliyanın "Maritimo" klubu ilə üz-üzə gələcək.

Avropa Liqası
2-ci təsnifat mərhələsi (cavab oyunu)
26 iyul

ASTERAS - İNTER - 1:1 (penaltilərlə 4:2) (ilk oyun - 1:1)
Qollar: X.Armero, 68 (1:0), T.Şütz, 87 (1:1)
Baş hakim: Lars Kristoffersen (Danimarka).
Tripolis. “Asteras Tripolis” stadionu.

ASTERAS: 37. Georgios Bantis, 3. Xristos Pipinis, 4. Xuanito, 6. Lautaro Formika, 8. Fernando Usero, 9. Emmanuel Perrone, 10. Rayo, 11. Savvas Tsampuris (k), 13. Leandro Alvares, 22. Sebastyan Bartolini, 23. Ximo Armero.
Ehtiyat oyunçular: 46. Georgios Georqapulos, 14. Tasos Bakasetas, 17. Yanis Diniotakis, 25. Dimitris Kurbelis, 27. Lefteris Yalusis, 30. Eqon, 31. Mixalis Fraqulakis.
İNTER: 1. Georgi Lomaya, 5. Slavço Georgiyevski, 8. Nizami Hacıyev, 10. Georgi Adamiya, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 20. Bryus Abdulay, 21. Arif Daşdəmirov, 23. Tales Şütz, 87. Haynts Barmettler.
Ehtiyat oyunçular: 96. Elşən Poladov, 4. Valeri Abramidze, 9. Daniel Genov, 11. Asif Məmmədov, 25. İbraima Niasse, 28. Baçana Tsxadadze, 77. Ruslan Əmircanov.

Oyun başladı
3. Komandamız oyuna fəal başlayıb
5. Hər iki komanda ehtiyatlı oyuna üstünlük verir
6. Şütz hesabı açmağa yaxın olsa da, əla ötürmədən sonra qapıçı ilə üz-üzə qaldığı epizodda topu üstdən vurdu
7. Komandamızın daha bir təhlükəli hücumu zamanı rəqib müdafiəçilər sayıq oynayırlar
8. "Asteras" ardıcıl üç korner yerinə yetirir. Bunlardan birində Slavço topu qapı xəttindən çıxarır. Əks halda hesab açılacaqdı
14. "İnter"in korner vuruşu bəhrəsiz qalır
15. Komandamız daha hücumameylli futbol sərgiləyir. "Asteras" isə əks-hücum taktikası seçib
18. Zlatinovun zərbəsinin qarşısını müdafiəçilər alırlar
18. "Asteras"dan daha bir korner: hər şey qaydasındadı
19. N.Hacıyev hakimlə danışığa görə sarı vərəqə alır
23. "Asteras" getdikcə oyunda tarazlıq yaradır
25. Oyun daha çox mərkəzdə keçir. Qapılar qarşısında ciddi təhlükə yaranmır
30. Nizami və Petar orta sahədə daha yaxşı oyun sərgiləyə bilər. Lakin onlar gözləniləni göstərə bilmir
31. "İnter"n hücumu məntiqi sonluqla başa çatmır
35. "Bankirlər" pis təsir bağışlamır. Amma hücumda daha aqressiv oynamaq lazımdı
37. Rayonun zərbəsi qapıdan aralı keçir
40. Yunanlar çox sıx oynayırlar və bu, "İnter"in tez-tez top itirməsinə gətirib çıxarır
40. Zlatinovun zərbəsi rəqib müdafiəçilərdən qayıdır
42. Nizamini yıxırlar və "İnter" təhlükəli nöqtədən cərimə zərbəsi vuracaq: Zlatinovun zərbəsi canlı səddən dönür
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48. "Asteras"ın təhlükəli əks-hücumunun qarşısını müdafiəçilər alırlar
49. Slavçonun uzaqdan zərbəsi dəqiq olmur
52. Armero simulyasiyaya görə sarı vərəqə alır
54. Formikanı Bakasetas əvəzləyir
55. "Asteras"ın növbəti korneri zamanı hər şey komandamız üçün yaxşı qurtarır. Rəqib təzyiqi artırıb
60. Adamiyanın əvəzində D.Genov meydana çıxır
61. Zədələnən Bartolini yerini Kurbelisə verir
64. "İnter" daha bir korneri boşa verir
65. Genov oyuna fəal qoşulub
65. Rayonin zərbəsi Lomayada qalır
66. Nizamini Asif Məmmədov əvəzləyir
68. "Asteras"ın növbəti künc zərbəsi zamanı müdafiəçilərimiz topu uzaqlaşdıra bilmirlər və Armero hesabı açır - 1:0
71. "İnter" va-banka gedir: Levinin əvəzində meydana B.Tsxadadze çıxır
72. "Asteras" daha bir korner yerinə yetirir: Lomaya topu çətinliklə də olsa, kornerə çıxarır
72. Növbəti korner zamanı Şütz avtoqola imza ata bilərdi
73. "Asteras"ın ardıcıl dördüncü korneri zamanı nəhayət ki, topu uzaqlaşdırmaq mümkün olur
75. Pipinis yerini Yalusisə verir
76. Xuanito sarı vərəqə alır
77. Yalusislə Baçana sarı vərəqə ilə cəzalanır
78. "İnter" daha bir kornerdən yaxşı yararlana bilmir
82. A.Məmmədov da sarı vərəqə alır
83. "İnter"də hücum xəttində heç nə alınmır
87. "İnter" korner yerinə yetirir: QOOOOOOOOOOOOOOOOOOOOOL!!! Şütz toru silkələyir - 1:1
90. Matçın əsas vaxtına 4 dəqiqə əlavə olunur
90+1. "Asteras"ın korneri zamanı Lomaya inamlı oynayır
90+2. Armero az qala ikinci qolu vuracaqdı. Son anda zərbəsi dəqiq olmur
90+3. Lomaya təhlükəli hücumun qarşısını alır
Matçın əsas vaxtı başa çatdı. Hər şeyə əlavə vaxtda aydınlıq gələcək
Birinci əlavə hissə başladı
95. "İnter" korner vurur: Daşdəmirovun zərbəsi müdafiəçilərdən qayıdır
98. Perronenin təhlükəli zərbəsi hədəfdən yan keçir
99. Rayonun zərbəsi qapının yanındana keçir
104. Şützün zərbəsi dəqiq olmur
İlk əlavə hissə başa çatdı
İkinci əlavə hissə başladı
106. Baçana qapını yoxlayır: dəqiq alınmır
107. Genov fərqlənməyə yaxın olsa da, hədəfə düşə bilmir
108. "Asteras" az qala ikinci qolu vuracaqdı. Lomaya əla oynayır. Yunanlar təzyiqi artırıblar
111. Genovun zərbəsi dəqiq alınmır
115. Hər şey penaltilərə doğru gedir
117. Perronenin təhlükəli zərbəsi qapının üstündən keçir
119. "İnter" korner yerinə yetirir: qayda pozuntusu qeydə alınır
Əlavə vaxt da başa çatır: cütün taleyinə penaltilər aydınlıq gətirəcək!
 
Penalti seriyası:
Tsampuris - 0:0 (kənara)
Georgiyevski - 0:0 (kənara)
Rayo - 1:0
Tsxadadze - 1:1
Usero - 2:1
Barmettler - 2:1 (qapıçı)
Xuanito - 3:1
Genov - 3:2
Perrone - 4:2

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.