25 iyul 2012 11:04
Vobay: Özümü qəhrəman hesab etmirəm
“Neftçi”nin futbolçusu Julius Vobay UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu “Zestafoni”yə qarşı keçirdikləri cavab matçı ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində komandasının ilk qolunu vuran təcrübəli yarımmüdafiəçi Zestafonidə baş tutan qarşılaşma ilə bağlı bunları dilə gətirib:
“Mən özümü qəhrəman hesab etmirəm. Düzdü, səfərdə də qol vurdum. Amma bunu etməyə borclu idim. İndi bizə növbəti rəqib – “Hapoel” barədə düşünmək lazımdı. Onlarla daha çətin olacaq, nəinki gürcülərlə”.
Qeyd edək ki, bu komandalar arasında Bakıda keçirilən ilk oyunda “Neftçi” 3:0 hesablı qələbə qazanmışdı. Cavab oyunu isə 2:2 hesabıyla başa çatdı.
