25 iyul 2012 11:19

“Artıq özümü bakılı kimi hiss edirəm”

Avstriyada təlim-məşq toplanışında olan “Simurq”un “Akhisar Belediyespor”la keçirdiyi yoldaşlıq görüşündə oyunu izləyənlər arasında tanınmış bir sima da var idi. Azerisport.az xəbər verir ki, uzun müddət “Neftçi”də forma geyinmiş və Azərbaycanda futbolçu karyerasını başa vurmuş Vladimir Miçoviç “Simurq”un oyununa tamaşa etməyə gəlmişdi. Matçdan sonra o, Zaqatala klubu haqqında fikirlərin açıqlayıb.
 
- Miçoviç, təcrübəli futbolçu kimi “Simurq” haqqında nə deyə bilərsiz? Bu gün də komandamızın oyununu izlədiniz.
- Onu deyə bilərəm ki, “Simurq”da hazırda rəhbərliklə futbolçular arasında əla abuhava var. Bunu həm oteldə, həm də meydanda görmək olur. Bu günkü oyunda da uşaqlar göstərdi ki, “Simurq” bu il ciddi rəqib olacaq. Komandanın oyunun çox bəyəndim. Futbolçular həqiqətən meydanda sonadək mübarizə aparırdı və çalışırdılar.
 
- Uzun müddət Azərbaycanda futbol oynamısınız və təbii ki, “Simurq”a qarşı da forma geymisiz. Həmin dövrdən hansısa maraqlı hadisə yadınızda qalıb?
- Bəli, mən “Neftçi”də oynadığım vaxt “Simurq”a qarşı çox forma geymişəm. Onu qeyd edim ki, bu oyunlar həmişə həm Bakıda, həm də Zakatalada bizim üçün çox çətin keçirdi. Bakıdakı bir qarşılaşmanı heç vaxt yadımdan çıxartmıram. Həmin matçda “Neftçi” mütləq qələbə qazanmalı idi. Ancaq təəssüf ki, həmin oyunda 1:0 məğlub olduq və çempionluq yolunda çox vacib xal itirdik. Həmin vaxt “Simurq” həm mənim, həm də “Neftçi”nin əhvalın çox pis korlamışdı. Ancaq nə etmək olar. Bu futboldur.
 
- Komandamızda hansı futbolçularla yaxşı münasibətləriniz var?
- Burda bir çox futbolçu ilə mənim əla münasibətim var. Bir neçəsi ilə birlikdə oynamışam. Yerli futbolçuların əksəriyyəti ilə tanışam. Onlar içərisində yaxın dostlarımda var. Klub rəhbərliyində yaxşı tanıyıram və onlarla burda münasibətdə olduğum üçün çox şad oldum.
 
- Futbolçu karyeranızı bitirsəzdə Azərbaycan futbolu ilə, klubları ilə maraqlanırsız?
- Çox təəssüf ki, futbolçu həyatımı bitirmişəm. Ancaq qeyd edim ki, mən hələ də Bakıda yaşayıram. Bütün oyunlara baxıram. Çempionatı yaxından izləyirəm. Bakını çox xoşlayıram və artıq özümü bakılı kimi hiss edirəm.
 
- Necə fikirləşirsiniz, “Simurq” bu mövsüm çempionatda nəticə əldə edə biləcəkmi?
- Əminəm ki, “Simurq” bu il ilk altılığa oynayacaq. Komandanın bunun üçün əla şansı var. Əlbəttə, mən də buna görə çox şad olaram. Məmnuniyyətlə bütün oyunlarını yaxından izləyəcəm. “Simurq” həmişə möhkəm komanda olub. Fikrimcə, yeni mövsümdə istədiyi nəticəyə nail olacaq. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.